Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.31 $▲0.60%
  • WTI neft88.34 $▲0.49%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.154 $▼0.16%
  • Qızıl3 871 $▼0.04%
  • Gümüş47.40 $▼0.22%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda587.25 ¢▼0.04%
  • Bitcoin64 640 $▼1.03%
  • Ethereum1 814 $▼1.15%
  • S&P 5007 562▼0.40%
9°Bakı
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
Dünya

Koçaryanın ölkədən çıxışına icazə verildi

image-kocaryan
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ermənistanın ikinci Prezidenti Robert Koçaryan ölkə xaricinə gedib.

Busaat.az  xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a onun ofisinin koordinatoru Baqrat Mikoyan bildirib.

“Koçaryan avqustun 29-dək Ermənistanın hüdudlarından kənarda olacaq. Vəkillər komandası müvafiq icazənin alınması üçün məhkəməyə müraciət edib. Məhkəmənin növbəti iclası sentyabrın 20-nə təyin olunub. Məhkəmə ona 22-29 avqust tarixlərində ölkədə olmamağa icazə verib”, – o deyib.

Mikoyan səfər şəxsi səbəblərlə bağlı olduğundan Koçaryanın məhz hara getdiyini açıqlamayıb. Lakin o, ikinci Prezidentin Rusiyaya getməsi barədə informasiyanı təkzib edib.

Qeyd edək ki, cinayət işlərinin birində adı hallanan R. Koçaryan böyük məbləğdə rüşvət almaqda ittiham olunur. Cinayət işinin materiallarına əsasən, eks-Prezident “TSSC Armenia” şirkətinin aksiyalarının 100%-nin satılmasında əli olub. İddiaya görə, Koçaryan bunun müqabilində biznesmen Silva Abmartsumyandan digər biznesmen Samvel Mayrapetyanın vasitəçiliyi ilə 3 milyon dollar alıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=84105