
Kolumbiya Venesuelalı müxalifətçi Xuan Quaydonu ölkəni tərk etməyi əmr edib
Kolumbiyaya qeyri-qanuni yollarla daxil olan keçmiş Venesuela müxalifətinin lideri Xuan Quaydoya ölkədən çıxmaq əmr edilib.
Busaat.az xəbər verir ki, bu barədə El Tiempo qəzeti hökumətdəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Quaydoya Kolumbiyada hər hansı ictimai açıqlama vermək də qadağan edilib. Onun Boqotadan ABŞ-a gedəcəyi gözlənilir.
Qeyd edək ki, bazar ertəsi günü Quaydo Venesuelanı tərk etdiyini və hazırda Kolumbiyada olduğunu açıqlamışdı. Onun sözlərinə görə, o, Boqotada baş verən Venesuela siyasi böhranı ilə bağlı konfransa gəlib və orada iştirak edən beynəlxalq nümayəndə heyətləri ilə görüşlər tələb etməyi planlaşdırır. Kolumbiya Xarici İşlər Nazirliyinn bəyanatında bildirilib ki, Boqota siyasətçini görüşə dəvət etməyib və onun iştirakını gözləmir.
Busaat.az























