
Kolumbiyada körpü uçdu - 2 ölü, 15 yaralı
Kolumbiyada körpünün uçması nəticəsində 2 polis həyatını itirib, 15 nəfər yaralanıb.
Busaat.az xəbər verir ki, ölkənin inzibati rayonlarından biri olan Quindio və Valle del Kauca şəhərlərini birləşdirən körpünün uçması nəticəsində avtomobildə olan 2 polis ölüb, 15 nəfər yaralanıb.
Səlahiyyətlilər körpünün uçması zamanı yolda olan polis maşınının və bir neçə avtomobilin hündürlükdən düşdüyünü bildirib.
Körpünün uçması səbəbindən ölkənin cənub-qərb hissəsindəki Pereyra, La Paila, Kalarka və Manizales yolları nəqliyyat vasitələrinin hərəkətinə bağlanıb.
Busaat.az























