Cənubi Amerika ölkəsi Kolumbiyada son bir həftədə 14 nəfərin Covid-19-dan öldüyü bildirilib.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı Kolumbiyanın Səhiyyə Nazirliyi yayıb.
Nazirlikdən verilən açıqlamada son bir həftədə 14 nəfərin Covid-19-dan öldüyü, 800 nəfərin isə virusa yoluxduğu qeyd edilib.
Epidemiya başlayandan ölkədə virusdan ölənlərin sayı 141 895 nəfərə, xəstəliyə yoluxanların sayı isə 6 milyon 314 min 769 nəfərə yüksəlib.