
Kolumbiyada Türk mətbəxi həftəsi başladı - FOTO
Kolumbiyada “Türk mətbəxi həftəsi”nin açılışı olub.
Busaat.az xəbər verir ki, Türkiyənin Boqotadakı səfirliyinin dəstəyi ilə təşkil olunan tədbirdə müxtəlif ölkələrin diplomatik nümayəndəliklərinin nümayəndələri, Kolumbiyada yaşayan Türkiyə vətəndaşları və bu ölkə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Türkiyənin səfiri Beste Pehlivan Sun tamaşaçıların diqqətini Anadolu xalqının zəngin qastronomiya ənənələrinə yönəldib.
Təqdimat Türkiyənin cənubundakı Hatay vilayətinin xörəkləri əsasında hazırlanıb.
Kolumbiyada Türk mətbəxi həftəsi mayın 27-dək davam edəcək.
























