Konqo Demokratik Respublikasında üsyançıların hücumu nəticəsində 272 mülki şəxs həlak oldu

image-congo_reutersbackend
image-uzb_ads_desk

Konqo Demokratik Respublikasında üsyançılar mülki şəxslərə hücum edib.

Busaat.az xəbər verir ki, dekabrın 2-nə keçən gecə üsyançıların Konqo Demokratik Respublikasının (KDC) şərqindəki Şimali-Kivu əyalətində həyata keçirdikləri hücumda 272 mülki şəxs həlak olub.

KDC Sənaye Naziri və keçmiş Şimali Kivu qubernatoru Julien Paluku dekabrın 2-nə keçən gecə Şimali Kivu əyalətinin Rutşuru bölgəsinin Kişişe şəhərində 23 Mart Hərəkatı (M23) adlı üsyançı qrup üzvləri tərəfindən həyata keçirilən hücumla bağlı açıqlamalar verib.

Hücumu qətliam olaraq xarakterizə edən Paluku, 17-si uşaq olmaqla 272 mülki vətəndaşın həyatını itirdiyini bildirib.

Paluku, hadisə ilə bağlı Ədliyyə nazirinin Beynəlxalq Cinayət Məhkəməsində araşdırma tələb etmək üçün Haaqaya getdiyini bildirib.

Qeyd edək ki, Konqonun şərqində 2021-ci ilin noyabrından bəri M23 üzvləri ilə təhlükəsizlik qüvvələri arasında şiddətli toqquşmalar baş verir.

KDC hökuməti Ruandanın M23-ü dəstəklədiyini iddia edir.

Ruanda iddiaları rədd etsə də, iki ölkə arasında siyasi və diplomatik gərginlik davam edir.

Birləşmiş Millətlər Təşkilatının hesabatlarına görə, KDC sərhədlərində çıxarılan bəzi qiymətli metallar qaçaqmalçılıq yolu ilə sərhəd bölgələrindəki üsyançılar tərəfindən qonşu ölkələrə keçirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki