
Konqoda batan qayıqdakı sərnişinlərdən 72-nin cəsədi tapılıb
Yanvarın 17-də Konqo Demokratik Respublikasının şimal-qərbindəki Lulonqa çayında üzərkən batan qayıqda olan sərnişinlərdən 72 nəfərin cəsədi tapılıb.
Busaat.az xəbər verir ki, bu barədə Ekvador əyalətinin humanitar işlər naziri Luc-Didier Mbula mətbuata bildirib.
O, qayığın həddindən artıq yüklənmə səbəbindən batdığını bildirib.
Mbula qeyd edib ki, batan qayıqda olan 287 sərnişindən 72-nin cəsədi tapılıb, 148 nəfər xilas edilib, 67 nəfər isə itkin düşüb.
Busaat.az























