
Koronavirus laboratoriyadan yayılıb - ABŞ Energetika Nazirliyi
Koronavirusun Çinin Vuhan şəhərində yerləşən laboratoriyadan yayıldığı iddiası təkrarlanıb.
Busaat.az xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin yeni kəşfiyyat hesabatında bildirilib.
ABŞ-nin “Wall Street Journal” qəzeti ABŞ Energetika Nazirliyinin koronavirusla bağlı yeni kəşfiyyat hesabatı hazırladığını yazıb.
Hesabatda virusun çox güman ki, Vuhandakı laboratoriyadan qaynaqlandığı fikri bir daha öz əksini tapıb.
Nazirlik virusun heyvan mənşəli olması nəzəriyyəsini rədd edərək laboratoriyadan təsadüfən sızdığı iddiasını təkrarlayıb.
Qeyd edək ki, oxşar fikir ABŞ Federal Təhqiqatlar Bürosunun hesabatında da yer alıb.
Hesabatda Vuhanda yerləşən Virusologiya İnstitutunun virusun mənbəyi olduğu bildirilib.
Busaat.az























