Koronavirus Niderlandda xaos yaradıb,

Koronavirus Niderlandda xaos yaradıb,backend

“Covid-19 pandemiyası Niderlandda da virusun yayılması və ölüm faktının artması baxımından “İtaliya ssenarisi” üzrə inkişaf edir”.

Busaat.az xəbər verir ki, bu barədə  “Moskovskiy Komsomolets” qəzetinin bu ölkədəki müxbiri Anna Fitisova yazıb.

Onun sözlərinə görə, ölkədə mağazalarda qıtlıq var, hətta pişik yeməkləri belə tapmaq mümkün deyil. Ölkədə əsasən çox ucuz məhsullar alınır.

Fitisova özünün də əlillik risk qrupuna daxil olduğunu, ancaq hər hansı güzəşt imkanına sahib olmadığını bildirib:

“Yoldaşım kompüter firmasında texniki direktordur. 6 ildir əlil bir insana baxmaq üçün çalışır. Mən isə evdə oturmuşam. Son iki gündür əsəbdən boğazım ağrıyır, temperaturum yüksəlib. Ancaq mənim kimilərə küçələrə çıxmaq qadağan edilib. Həkimə ehtiyacım var və hələlik gözləyirəm. Böyük qızımız bizdən ayrı yaşayır və aptekdən başqa heç yerə gedə bilmir”.

Xatırladaq ki, bir neçə gün əvvəl Niderlandın Baş Naziri Britaniya təcrübəsini sınaqdan keçirməyi təklif edib: infeksiyaya qarşı cəmiyyətdə kollektiv immunitetin yaranmasını gözləmək. Ancaq həkimlər Baş Nazirin bu planı ilə razılaşmayıblar və bunun üçün bir neçə onilliyin lazım olduğunu bildiriblər. Əsas təhlükə ilə pensiyaçıların yaşadıqları kəndlər üzləşib. Hər gün, İtaliyada olduğu kimi, bir neçə insan ölür.

Jurnalistin fikrincə, Qocalar Evində yoluxma hallarının artmasına da ixtisaslı həkim çatışmazlığı səbəb olub. Statistikaya əsasən, intensiv terapiyaya cəlb edilənlərin sağ qalmaq şansı olub. Sağlam insanlar arasında isə kasıblar və varlılar olmaqla diskriminasiya aparılır. Sosial mənzillərdə yaşayıb, ərzaq almağa imkanı olmayanların virusa yoluxma riski daha böyükdür.

Son zamanlar iflasa uğrayan xəstəxanalar bağlandığından, hazırda hökumət bir neçə mehmanxananı klinikaya çevriməyə çalışır. Ailə həkimləri isə pasiyentləri xüsusi ağ geyimlərdə və maskalarda qəbul edirlər. Skayp vasitəsilə konsultasiya edən həkimlər belə var.

“Belə məqamda könüllülər də yoxdur. Heç kim heç kimə təmənnasız kömək etmir. Hollandlara hansısa məbləğ ödəmək lazımdır, əks halda yerlərindən tərpənməzlər”, – deyə jurnalist qeyd edib.

Hətta tənha əlillərin onunla karantində qalmaları üçün insanlara 3 min avro verməyə hazır olduğunu bildirən elanlara da rast gəlmək mümkündür.

“Maska satan dələduz saytlar peyda olub. Maska tapmaq da qeyri-mümkündür. Yoldaşına bir neçə həftəyə 300 avroya maska gətirəcəklərini deyiblər. Ancaq o da sual altındadır”, – məqalədə qeyd olunur.

Bundan başqa, Niderland İraq və əfqanıstandakı hərbçilərini də geriçağırıb. Nəqliyyat vasitələri üzrə yerli sığorta firmaları xəstələrin təxliyyəsi üçün helikopterlər təklif edib.

Jurnalist məqaləsinə belə davam edir:

“Küçələrimiz qorxulu filmlərdəki səhnələri xatırladır: maşınlar, insanlar gözə dəymir. İctimai nəqliyyat yoxdur. Poçtalyonlar da maaşlarının artırılacağı vədinə görə işləyirlər. Bütün mağazalar, demək olar, bağlıdır. Məktəblilər evdədir. İl sonundakı imtahanlar ləğv edilib. Şagirdlər əvvəlki qiymətləri əsasında yekun qiymət alacaqlar. Epidemioloqların fikrincə, ən təhlükəli mərhələ 1 həftə sonra başlayacaq.

Yeri gəlmişkən, deyirlər ki, epidemiyanın artdığı bir vaxtda yerli sakinlər daha tez-tez kilsələrə qaçmağa və dini yerləri ziyarət etməyə başlayıblar.

Gəlirlərini itirən yerli sahibkarlar hökumətdən kompensasiya tələb edirlər. Heç kim bundan sonra nələr olacağını bilmir. Mənə elə gəlir ki, dövlətin böyük maliyyə itkilərini qarşılamaq üçün ehtiyatları kifayət qədər deyil”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90