Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 772 $▼3.59%
  • Ethereum1 844 $▼4.32%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Kosovoda Bayraktar böhranı - NATO-dan xəbərdarlıq

image-kosova-bayraktar
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Serbiya ilə böyük gərginlik yaşayan və bəziləri tərəfindən Ukraynadan sonra Avropada yeni müharibənin ünvanı kimi göstərilən Kosovonun Türkiyədən “Bayraktar” pilotsuz təyyarələri almasına NATO-dan reaksiya gəlib.

Busaat.az xəbər verir ki, Kosovo həftə sonu Türkiyə istehsalı olan “Bayraktar” pilotsuz təyyarələri aldığını açıqlayıb.

Müdafiə naziri ilə pilotsuz uçuş aparatının qarşısında çəkdirdiyi şəkli Facebook hesabında paylaşan Kosovo Baş naziri Albin Kurti bunun ölkəni daha təhlükəsiz etdiyini bildirib.

Kosovo rəsmiləri “Bayraktar” PUA-larının xüsusilə müharibənin ilk günlərində Ukraynanın Rusiyaya qarşı mübarizəsində çox təsirli olduğuna diqqət çəkiblər .

Kosovonun şimalında bələdiyyələrə alban məmurların təyin edilməsinə qarşı çıxan Kosovo serbləri ilə təhlükəsizlik qüvvələri arasında may ayının sonunda başlayan qarşıdurmada çoxlu sayda insan, o cümlədən NATO əsgərləri yaralanıb.

Türkiyə də NATO Birgə Qüvvələr Komandanlığının tələbi ilə Kosovoya əsgər göndərib. NATO-nun ölkədə 4500 sülhməramlısı xidmət edir.

Gərginlik fonunda Kosovonun Bayraktarı alması isə mübahisə yaradıb. NATO-nun dünən verdiyi açıqlamada Kosovonun hava məkanından KFOR-un məsul olduğu bildirilib.

“”Bayraktar” TB2 də daxil olmaqla, hər cür pilotsuz uçuş aparatı və onlarla bağlı tənzimləmələrdən ilk növbədə Kosovodakı Sülh Qüvvələri Komandanlığı məsuldur”, –  açıqlamada deyilir.

Qeyd edək ki, Serbiya Kosovonun 2008-ci ildə elan etdiyi birtərəfli müstəqilliyi tanımır.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=115430