
Kral III Çarlz Kraliçanın atlarını satışa çıxarıb
İngiltərə kraliçasının ölümündən sonra taxta çıxan Kraliça II Yelizavetanın oğlu Kral III Çarlz anasının atlarından bəzilərini satışa çıxarıb.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı İngiltərənin Newmarket qəsəbəsində yerləşən Tattersalls Horse Auction Center yayıb.
Məlumata görə, Kral Kraliçanın 14 damazlıq atını satacaq. Tattersall sözçüsü Cimi Corc, Kraliçanın özünün də keçmişdə damazlıq atlarını satdığını qeyd edərək, “Bu atların hamısını saxlaya bilməzsiniz” – deyə, əlavə edib.
Corc həmçinin qeyd edib ki, kraliçanın atlarının satılması kral ailəsinin at yarışından çəkilməsi demək deyil:
“Sahibləri hər il atlarını satırlar. Əlahəzrət də hər at sahibinin etdiyini edir”.
Satışa çıxarılan atlardan biri olan Just Fine 100-dən çox yarışda qalib gəlib.
Qeyd edək ki, Kraliça II Yelizaveta at yarışı həvəskarı olmaqla yanaşı həm at minməyi, həm də yarış atı yetişdirməyi sevirdi.
Busaat.az























