
Kral III Çarlzın təsviri olan əskinaslar təqdim edildi – FOTO
Kraliça II Yelizavetanın ölümündən sonra taxta çıxan Kral III Çarlzın şəkli olan əskinaslar dövriyyəyə buraxılıb.
Busaat.az xəbər verir ki, İngiltərə Bankı bu gün Kral III Çarlzın təsviri olan əskinas dizaynlarını təqdim edib.
Bildirilib ki, yeni əskinaslar 2024-cü ilin ortalarında dövriyyəyə buraxılacaq.
“Bu gün biz Kral III Çarlzın 5, 10, 20 və 50 funtluq əskinaslarının dizaynını təqdim edirik” – deyə, İngiltərə Bankının bəyanatında deyilir.
Mərhum Kraliça II Yelizavetanın əskinaslarının istifadəsinin davam etdiriləcəyini bildirən rəsmilər Kraliça və Kral III Çarlzın əskinaslarının eyni vaxtda dövriyyədə olacağını bildiriblər.
Busaat.az























