Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft96.08 $▲0.47%
  • WTI neft88.92 $▲0.76%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.242 $▼2.70%
  • Qızıl3 888 $▼0.75%
  • Gümüş48.65 $▼3.17%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.50 ¢▲0.38%
  • Bitcoin66 728 $▼2.19%
  • Ethereum1 891 $▼1.91%
  • S&P 5007 562▼0.40%
9°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Kral və baş nazir arasında gərginlik – “Liz Trass Krala icazə vermədi”

image-pa-68726266
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İngiltərənin yeni kralı III Çarlz gələn ay Misirdə keçiriləcək iqlim sammitində iştirak etmək istəyib, lakin baş nazir Liz Trass buna etiraz edib.

Britaniya mətbuatı bu məsələnin yeni kralla yeni baş nazir arasında gərginliyə səbəb olduğunu yazıb. Hətta sammitdə keçirəcəyi görüşləri də planlaşdıran III Çarlz sammitdə iştirak edə bilməyəcəyinə görə kədərlənib və məyus olub.

“Sunday Times” qəzeti iqlim dəyişikliyi ilə bağlı kampaniyaları ilə tanınan İngiltərənin yeni kralı III Çarlzın gələn ay Misirdə keçiriləcək iqlim sammitində iştirak etmək istədiyini, lakin baş nazir Liz Trassın buna etiraz etdiyini yazıb. Xəbərə görə, Cop27 sammitində çıxış etmək istəyən Kral Çarlz Truss hökumətinin məsləhəti ilə zirvəyə qatılmaqdan imtina edib.

Misirin Şarm əl-Şeyx şəhərində dünya liderlərini qəbul edəcək sammitə qatılmayacağı ehtimal edilən Trassın keçən ay Bukinqem sarayında görüşdüyü krala sammitə qatılmamağı tövsiyə etdiyi bildirilib. The Sunday Times bu məsələnin yeni kralla yeni baş nazir arasında gərginliyə səbəb olduğunu yazıb, lakin Britaniya Baş Nazirliyi və Nümayəndələr Palatasındakı mənbələr bu iddianı təkzib edib.

“KRAL ÇOX MƏYUS OLUB”

Yüksək rütbəli kral məmuru deyib: “Kralın dəvət olunduğu heç kimə sirr deyil. O, xaricə ilk səfəri barədə diqqətlə düşünməlidir və bu səbəbdən hökumətin məsləhəti ilə iqlim görüşündə iştirak etməmək qərarına gəlib”. Ancaq məmur bildirib ki, Kral iqlim sammitinə dəstək mesajı göndərə bilər.

Məlumata görə, sammitdə danışıqları belə planlaşdıran Çarlz sammitə qatıla bilmədiyi üçün kədərlənib və məyus olub. Kraliça II Elizabetin keçən il iqlim sammitində çıxış etdiyini xatırladan mənbə, “Görünür, krala seçim imkanı verilməyib. Hökumət səhv qərar verib. Kral artıq bu vəzifəyə layiq olduğunu sübut edib” – deyə, gileylənib. Britaniya mətbuatı isə, sammitdə iştirak etməmək qərarını hökumətin iqlim böhranı ilə mübarizədə verdiyi vədlərdən geri çəkilə biləcəyinin göstəricisi kimi şərh edib.

“ÇARLESİN HÖKUMƏTİ TƏNQİD ETMƏSİ MÜZAKİRƏ YARATMIŞDI”

Kral Çarlz keçən il Qlazqoda Cop26 sammitinin açılış mərasimində çıxış edərək dünya liderlərini iqlim böhranı ilə mübarizə aparmağa çağırıb. Konstitusiyalı monarxiya ilə idarə olunan İngiltərədə monarx ümumiyyətlə siyasi proseslərə qarışmır. Lakin Kral Çarlz taxtın varisi olduğu zaman hökuməti tənqid etməsi mübahisələrə səbəb olub.

Qeyd edək ki, Çarlz hökumətin Ruandaya qeyri-qanuni mühacir göndərmək planını sərt şəkildə tənqid etmişdi.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=86812