Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft92.15 $▲0.79%
  • WTI neft86.45 $▲0.91%
  • Avropa qazı (TTF)84.95 €▲3.18%
  • Təbii qaz (ABŞ)3.307 $▲2.93%
  • Qızıl4 049 $▼1.84%
  • Gümüş52.19 $▼1.98%
  • Pambıq78.28 ¢▼0.61%
  • Buğda592.75 ¢▲0.68%
  • Bitcoin73 366 $▼0.45%
  • Ethereum2 053 $▲0.14%
  • S&P 5007 521▼0.37%
6°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Dünya

Kraliçanın yubileyində 4 yaşlı nəticəsi gündəm oldu - Fotolar

image-louis
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Geridə qoyduğumuz həftəsonu Londonda  Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası II Elizabetin taxta çıxmasının 70 illik yubileyi şərəfinə təntənəli tədbirlər başa çatıb.

Busaat.az  “Daily mail”ə istinadən xəbər verir ki, dünyanın böyük maraqla izlədiyi tədbirdə hər kəs kraliçanın diqqət mərkəzində olacağını böyük maraqla gözləyirdi. Lakin buna baxmayaraq, şahzadə Uilyam və Keyt Middltonun 4 yaşlı oğlu Lui günün ulduzuna çevrilib.

Belə ki, tədbirin son günü fotoqraflar nə zaman şahzadə Luini çəkmək istəsə, o, yerində sakit dayanmayıb, nəticədə ortaya məzəli fotolar çıxıb. Bununla yanaşı, şahzadə tədbiri izləyərkən anası Keyt Middltona çətin anlar yaşadıb. Lui tez-tez əllərini yuxarı qaldırıb, yumruqlarını düyünləyərək havada yellədib, əlləri ilə onu sakitləşdirməyə çalışan anasının ağzını bağlayıb.

Bütün bu müddət ərzində Keyt Middltonun düşdüyü çətin vəziyyətə baxmayaraq, oğluna çox səbrlə reaksiya verdiyini görmək mümkündür. Şahzadə Luini isə ən sonda babası şahzadə Çarlz sakitləşdirməyə nail olub. O, Luini qucağına alıb və tədbirin müxtəlif hissələrini göstərərək onu əyləndirməyə çalışıb.

Qeyd edək ki, Lui kraliçanın platin yubileyininin qeyd olunmasının ilk günündə də öz üz ifadələri ilə gündəmə gəlib. Belə ki, aviaşou zamanı Lui səsə tab gətirməyərək əlləri ilə qulaqlarını tutub və qışqırmağa başlayıb. Bu zaman kraliça onu sakitləşdirməyə çalışıb.












MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=78894