
Kreml KTMT təlimlərindən imtina edən Ermənistanla dialoqu davam etdirəcəyinə söz verib
Ermənistan Rusiyanın çox yaxın müttəfiqi olaraq qalır, onunla dialoq davam edəcək.
Busaat.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov RBC-nin Nikol Paşinyanın ölkədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin bölmələrinin iştirakı ilə 2023-cü ildə hərbi təlimlər keçirməkdən imtina etməsi barədə Kremlin nə düşündüyü ilə bağlı sualını cavablandırarkən bildirib.
“Bu, Ermənistanın baş nazirinin kifayət qədər yeni bəyanatıdır. Düşünürəm ki, KTMT həmkarları əlaqə saxlayacaq, Ermənistanın mövqeyinin təfərrüatlarına aydınlıq gətirəcəklər. İstənilən halda Ermənistan bizim çox yaxın müttəfiqimizdir, biz dialoqu, o cümlədən indi çox çətin olan məsələlər ətrafında müzakirələri davam etdirəcəyik” – deyə, Peskov bildirib.
Busaat.az























