Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 994 $▲1.38%
  • Ethereum1 824 $▲3.14%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Kreml: Nüvə silahlarına nəzarət danışıqları əvvəlcədən elan edilə bilməz

image-peskov_gif
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

 Moskva ilə Vaşinqton arasında nüvə silahlarına nəzarətlə bağlı təmaslar əvvəlcədən elan edilə bilməz.

Busaat.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitriy Peskov deyib.

Peskov ABŞ-ın Rusiya ilə “Yeni START” razılaşması çərçivəsində danışıqların aparılacağı ilə bağlı açıqlamasını jurnalistlərə dəyərləndirib.

Bu mövzuda danışmağın tez olduğunu vurğulayan Peskov, “Münasibətlərimiz çox incədir. Demək olmaz ki, dialoq var” – deyə, qeyd edib.

Moskva ilə Vaşinqton arasında planlaşdırılmış təmasların olmadığına diqqət çəkən Peskov əlavə edib: “Bəzən sistemsiz təmaslar baş verir və bu, əvvəlcədən elan edilmir”.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays dünən Rusiya ilə nüvə silahlarını azaltmağı hədəfləyən “Yeni START” müqaviləsi çərçivəsində qarşılıqlı təftişlərə yenidən başlamaq üçün yaxın gələcəkdə məsləhətləşmə görüşləri keçirəcəyini açıqlayıb.

Ancaq görüşün yeri və vaxtı ilə bağlı heç bir təfərrüat verməyib.

Komitə sonuncu dəfə 2021-ci ilin oktyabrında toplaşdı və Rusiya avqust ayında ABŞ-ın təftişlərə icazə vermədiyini əsas gətirərək amerikalı müfəttişlərin Rusiya nüvə silahlarını yoxlamaq üçün işini dayandırdığını elan etdi.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=90180