
Kremldən seçki bəyanatı: "Kimin qalib gəlməsindən asılı olmayaraq..."
Dünən Türkiyədə keçirilən prezident və parlament seçkilərindən sonra Kreml açıqlama verib.
Busaat.az xəbər verir ki, açıqlamada deyilir:
“Prezident seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq, Rusiya Türkiyə ilə əməkdaşlığı davam etdirməyi və dərinləşdirməyi planlaşdırır”.
Kremlin sözçüsü Dmitri Peskov verdiyi açıqlamada qeyd edib: “Türkiyədə şəffaf seçkilərin və qeyri-qanuni hərəkətlərin qarşısının alındığı yetkin bir demokratiya olduğuna inanırıq”.
Busaat.az























