
Kremldən XƏBƏRDARLIQ - Fəlakətlə nəticələnə bilər
Kremlin sözçüsü Dmitriy Peskov Ukraynanın Zaporojye Atom Elektrik Stansiyası ilə bağlı təxribat təhlükəsinin fəlakətlə nəticələnə biləcəyini açıqlayıb.
Busaat.az xəbər verir ki, bu barədə Peskov Zaporojye AES-dəki vəziyyətlə bağlı jurnalistlərə açıqlamasında bildirib.
Elektrik stansiyasındakı vəziyyətilə bağlı sualı cavablandıran Peskov deyib: “Kiyev rejiminin təxribat təhlükəsi həqiqətən böyükdür. Nəticələri fəlakətli ola bilər”.
Peskov bqeyd edib ki, Kiyev “heç nədən çəkinməyəcəyini dəfələrlə göstərib”.
Diplomat bəyan edib ki, belə bir təhlükəyə qarşı bütün tədbirlər görülür.
Busaat.az























