
"Krım körpüsünə bugünkü hücumu Kiyev rejimi həyata keçirib" - Rusiya XİN
Kiyev rejimi Vaşinqton və Londonun gizli administrasiyası altında beynəlxalq mütəşəkkil cinayətkar qrup olmasının bütün əlamətlərini göstərən terrorçu rejimdir.
Busaat.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Krım körpüsündə törədilən son hücumu şərh edərkən deyib.
“Krım körpüsünə bugünkü hücumu Kiyev rejimi həyata keçirib. Bu rejim təbiətcə terrorçudur və beynəlxalq mütəşəkkil cinayətkar qrupa xas bütün xüsusiyyətlərə malikdir. Qərarlar ABŞ və Britaniyanın birbaşa iştirakı ilə Ukrayna hökuməti və hərbi rəsmiləri tərəfindən qəbul edilir”, – Zaxarova bildirib.
Xatırladaq ki, bazar ertəsi Rusiyanın Milli Antiterror Komitəsi TASS-a bildirib ki, Ukraynaya məxsus iki yerüstü pilotsuz uçan aparat Krım körpüsündə terror aktı həyata keçirib, nəticədə körpünün yol yatağı zədələnib, biri azyaşlı uşaq olmaqla 3 nəfər yaralanıb.
Busaat.az























