
Krım körpüsünə hücum Kiyev tərəfindən təşkil edilib - Kreml
Rusiya heç vaxt Krım körpüsünə hücumun arxasında Ukraynanın olduğuna şübhə etməyib.
Busaat.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Bu, əvvəldən Moskvaya aydın idi. Şübhə yoxdur ki, bu, Kiyev rejimi tərəfindən təşkil edilmiş terror aktıdır”, – Peskov bildirib.
Qeyd edək ki, Rusiyanın Milli Antiterror Komitəsinin açıqlamasına görə, bazar ertəsi Ukraynaya məxsus iki dəniz pilotsuz təyyarəsi Krım körpüsündə hücum həyata keçirib. Rusiya İstintaq Komitəsi hücumla bağlı araşdırmaya başlayıb. Hadisə nəticəsində iki nəfər ölüb, bir uşaq isə yaralanıb.
Busaat.az























