
Krımda partlayış nəticəsində taxılla dolu qatar vaqonları relsdən çıxdı
Rusiyanın işğal etdiyi Ukraynanın Krım vilayətində taxıl yüklü qatarın 8 vaqonu relsdən çıxıb.
Busaat.az xarici mediaya istinadən xəbər verir ki, “Krım Parlamenti”nin sədri Vladimir Konstantinov qəzanın partlayış səbəbindən baş verdiyini açıqlayıb.
Məlumata görə, Krımın Simferopol şəhəri yaxınlığında taxılla dolu qatarın 8 vaqonu səhər saatlarında relsdən çıxıb. Aşan vaqonlardan taxıl ətrafa səpələnib. Qəzadan sonra vaqonları qaldırmaq üçün bölgəyə kran göndərilərkən, Rusiya Fövqəladə Hallar Nazirliyinin qrupları hadisə yerinə gəlib. Bildirilib ki, Simferopol ilə Sevastopol arasındakı dəmir yolu xətti qəzadan sonra müvəqqəti olaraq nəqliyyatın hərəkətinə bağlanıb və nəticədə insan tələfatı və xəsarət alan olmayıb.
“Krım Parlamenti”nin sədri Vladimir Konstantinov qəzanın dəmir yolunda baş verən partlayış nəticəsində baş verdiyini açıqlayıb. Konstantinov deyib:
“Bütün bunlar “Ukrayna nasist qoşunları”nın oyunlarıdır. Hüquq-mühafizə orqanları hələ də işləyir. Rəsmi açıqlamanı gözləmək lazımdır”.
Busaat.az























