
“Krımın təhlükəsizliyi etibarlı şəkildə təmin edilir”- Kremlin sözçüsü
Rusiyanın “yeni bölgələri” hələ də təhlükələrdən tam qorunmayıb, ona görə də xüsusi hərbi əməliyyatlar davam edir.
Busaat.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Peskov eyni zamanda Krımın da artıq etibarlı şəkildə qorunduğunu açıqlayıb.
O, həmçinin Ukrayna Daxili İşlər Nazirliyinin Donbas və Krıma qarşı hücum əməliyyatları üçün yeni hücum briqadaları formalaşdırmağa başladığı barədə xəbərləri də şərh edib.
“Donbas hələ tam mühafizə olunmayıb, ona görə də xüsusi hərbi əməliyyat davam edir. Əslində biz orada yaşayan insanları qorumalıyıq. Hələlik bu məsələ tam həll olunmayıb”, – Peskov deyib.
Eyni zamanda Peskov qeyd edib ki, “Krımın təhlükəsizliyi etibarlı şəkildə təmin edilir”.
Busaat.az























