Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 149 $▼1.57%
  • Ethereum1 905 $▼1.15%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

KTMT Ermənistana dəstək vermək və Azərbaycanla sərhəddə missiya yerləşdirmək istəyir – Baş katib

image-zas_s
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

KTMT sərhəddəki vəziyyəti qiymətləndirmək üçün üzv dövlət Ermənistanın Azərbaycanla sərhədinə missiya yerləşdirmək də daxil olmaqla, “bütöv bir kompleks” dəstək tədbirləri təklif edib.

Busaat.az xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas deyib.

” Ermənistan və Azərbaycan sərhədində vəziyyət qəlizdir. Orada demək olar ki, hər gün atışma olur. Ümumiyyətlə, KTMT-nin Ermənistana təklif etdiyi tədbirlər kompleksi müxtəlif olsa da, həm siyasi-diplomatik, həm də hərbi, o cümlədən bölgədə sərhəddəki vəziyyəti real qiymətləndirəcək missiyanın yerləşdirməsi üçün bütün dövlətlərdən dəstək alınıb” – deyə,Baş katib qeyd edib.

Zas əlavə edib ki, Yerevanda keçirilən sammit zamanı diqqət həm qlobal arenada, həm də KTMT-nin məsuliyyət zonasında üç təhlükəsizlik regionu – Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiyada inkişaf edən vəziyyətə yönəlib: “Əgər biz Qafqaz regionundakı vəziyyəti ümumilikdə qiymətləndirsək, onda hazırda orada inkişaf edən tendensiyalar ehtiyatlı nikbinlik yaradır. Bütün iştirakçılar regionda sülhə nail olmağa, sülh müqaviləsinin imzalanmasına, mövcud sərhədlərin delimitasiyasına, nəqliyyat əlaqələrinin açılmasına can atır”.

Ötən həftə İrəvanda keçirilən KTMT sammiti zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsini və təşkilatın Ermənistana yardımını nəzərdə tutan sazişi imzalamaqdan imtina edib. Paşinyan bildirib ki, Azərbaycan təcavüzünün yenidən baş verməsi riskini nəzərə alaraq, sənədlərdə nəzərdə tutulan dəstək kifayət deyil.

Busaat.az 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=92154