Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft92.88 $▲1.24%
  • WTI neft85.57 $▲0.66%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.191 $▲3.37%
  • Qızıl3 857 $▼0.52%
  • Gümüş47.44 $▼0.11%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda610.25 ¢▲1.79%
  • Bitcoin64 334 $▼0.74%
  • Ethereum1 808 $▼0.60%
  • S&P 5007 341▼1.07%
11°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Dünya

KTMT kontingentinin Qazaxıstandan çıxarılmasına BAŞLANILDI

image-sulhmeramlirus
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlıları mühafizə etdikləri sosial əhəmiyyətli obyektləri Qazaxıstanın hüquq-mühafizə orqanlarına təhvil verməyə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.

Sülhməramlılar texnika və materialları təyyarəyə yükləmək və daimi dislokasiya məntəqələrinə çatdırmaq üçün hazırlayırlar.

Qeyd edək ki, KTMT-nin sülhməramlı kontingentinin bu gündən etibarən Qazaxıstandan çıxarılmasına başlanılıb. Bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yanvarın 11-i parlamentin iclasında məlumat vermişdi: “İki gündən sonra KTMT-nin vahid sülhməramlı kontingentinin ölkədən mərhələli şəkildə çıxarılmasına başlanılacaq. Bu proses 10 gündən çox çəkməyəcək”.

Xatırladaq ki, sülhməramlı qüvvələrin tərkibinə Rusiya, Belarus, Qırğızıstan, Tacikistan və Ermənistan silahlı qüvvələrinin bölmələri daxildir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=68353