
KTMT ölkələri “Toxunulmaz Qardaşlıq-2023” təlim planını razılaşdırıblar
Bişkekdə keçirilən görüşdə KTMT üzv ölkələrin müdafiə idarələrinin nümayəndələri Qırğızıstanda keçiriləcək sülhməramlı qüvvələrin “Sarsılmaz qardaşlıq-2023” təliminin keçirilməsi planı və proseduru barədə razılığa gəliblər.
Busaat.az xəbər verir barədə Qırğızıstanın Müdafiə Nazirliyi məlumat yayıb.
“2023 İyunun 20-də Qırğızıstan Respublikası Silahlı Qüvvələrinin Döyüş Hazırlığı Mərkəzinin hərbi bazasında KTMT sülhməramlı qüvvələrinin “Sarsılmaz qardaşlıq-2023” komanda-qərargah təliminə hazırlıq məqsədi ilə bağlı danışıqlar aparılıb”, – məlumatda deyilir.
İclasda iştirakçılar “hərbi təlimlərin keçirilməsi qaydası”, sülhməramlı birləşmələrin fəaliyyət planı, eləcə də “hərbi təlimlər dövrünün hərtərəfli təhlükəsizliyi” məsələlərini nəzərdən keçirib razılıq əldə ediblər.
Busaat.az























