
KTMT ölkələrinin xarici işlər nazirləri kosmosda silahlanma yarışına qarşı bəyanat qəbul ediblər
KTMT ölkələrinin xarici işlər nazirləri bu gün Minskdə keçirilən iclasda kosmosda silah yarışının qarşısının alınması ilə bağlı bəyanat qəbul ediblər.
Busaat.az bu barədə xarici mətbuata istinadən xəbər verir.
Nazirlər həmçinin Əfqanıstandakı vəziyyətlə də bağlı bəyanat qəbul ediblər.
İclas zamanı zamanı KTMT ölkələrinin xarici işlər nazirləri “Sülhə birlikdə” medalının təsis edilməsi, təşkilatın büdcəsinin dəyişdirilməsi, KTMT Katibliyində kvota vəzifələrinin bölüşdürülməsi ilə bağlı qərar layihələrini müzakirə ediblər.
Busaat.az























