
Kubada Rusiyaya məxsus təyyarə SAXLANILIB
Rusiyanın Nordvind aviaşirkətinin Moskvaya uçan təyyarəsi Kubada qeyri-müəyyən müddətə saxlanılıb.
Busaat.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Yerli turistlər Anna və Artem Losevlərin dediyinə görə, N4-3502 reysi Varadero hava limanından saat 22:00-da qalxmalı idi, lakin yerli vaxtla təxminən 03:00-a qədər gecikib.
Ruslar bildiriblər ki, hazırda məlumat lövhəsində Rusiya təyyarəsinin uçuş vaxtı barədə məlumat yoxdur. Hava limanının, aviadaşıyıcının və Pegas Touristik şirkətinin əməkdaşları baş verənlər barədə şərh verməyiblər.
Busaat.az























