Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.92 $▲0.76%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.242 $▼2.70%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.50 ¢▲0.38%
  • Bitcoin67 103 $▼1.64%
  • Ethereum1 899 $▼1.45%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Kuril adaları ətrafında gərginlik alovlanır? - “Yaponiya Rusiya ilə sülh danışıqlarına sadiqdir”

image-sasiss
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Yaponiya hökuməti Ukraynadakı vəziyyətlə əlaqədar dövlətlər arasında münasibətlərin pisləşməsinə baxmayaraq, ərazi probleminin həllinə və Rusiya ilə sülh müqaviləsinin bağlanmasına yönəlmiş siyasətini davam etdirəcək.

Busaat.az xəbər verir ki, bunu Yaponiyanın baş naziri Fumio Kişida mətbuata açıqlaması zamanı söyləyib.

“Yaponiya-Rusiya münasibətləri Ukraynadakı vəziyyətə görə çətin vəziyyətdədir, lakin ölkəmiz ərazi probleminin həllinə və sülh müqaviləsinin bağlanmasına yönəlmiş siyasətə sadiq qalacaq” – deyə, Kişida bildirib.

Qeyd edək ki, Moskva və Tokio ötən əsrin ortalarından indiyədək İkinci Dünya Müharibəsinin nəticələrinə əsaslanan sülh müqaviləsi üzrə danışıqlar aparır. Kuril adalarının cənub hissəsi üzərində suverenlik məsələsi tam bərqərar edilmiş sayılmır. İkinci Dünya Müharibəsindən sonra bütün arxipelaq Sovet İttifaqı tərəfindən ələ keçirilib, lakin Yaponiya hələ də İturup, Kunaşir, Şikotan və bir qrup kiçik adalar üzərində suverenliyini təmin etmək istəyir. Əvəzində Rusiya Xarici İşlər Nazirliyi qeyd edir ki, bu adalar üzərində Rusiyanın suverenliyi möhkəm beynəlxalq hüquqi bazaya malikdir və mübahisə mövzusu deyil.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=86890