
Lan qasırğası nəticəsində ölənlərin sayı 87-yə çatıb
ABŞ-ın Florida ştatında baş verən Lan qasırğası nəticəsində ölənlərin sayı Floridada 83, Şimali Karolinada isə 4 nəfər olmaqla 87-yə çatıb.
Busaat.az xəbər verir ki, ABŞ-ın cənub sahillərinə çatan Lan qasırğası 29 Sentyabr tarixində Cənub Karolina əyalətini keçib. Sonra isə qasırğa Georgia, Şimal Karolina və Virginiya əyalətlərini təsiri altına alan tropik yağış fırtınasına çevrilib.
Floridada arxasından böyük fəsadlar buraxan Lan qasırğasında həyatını itirənlərin sayı 83-ə çatarkən, 4 nəfərin də Şimal Karolinada həyatını itirdiyi bildirilib. ABŞ-ın cənub sahillərində 800 min ev və iş yerində elektrikin olmadığı açıqlanıb.
Qeyd edək ki, qasırğanın səbəb olduğu fəsadlarla bağlı axtarış işləri davam edir. Ölüm sayının arta biləcəyi ehtimal olunur.
Busaat.az























