Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin63 633 $▼6.73%
  • Ethereum1 747 $▼9.34%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Latın Amerikasında böhran: Prezidenti "persona non qrata" elan etdilər

image-big_5b9jfja5
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Peru Konqresi Meksika prezidenti Lopez Obradoru “persona non qrata” elan edib.

Busaat.az xarici mediaya istinadən xəbər verir ki, Peru Konqresi ölkənin daxili işlərinə qarışdığını iddia etdiyi Meksika prezidenti Andres Manuel Lopez Obradoru ölkədə “persona non-qrata” elan edib.

Peru Konqresinin Xarici Əlaqələr Komitəsində keçirilən səsvermədə sözügedən qərar 11 lehinə, 1 əleyhinə və 3 bitərəf olmaqla qəbul edilib. Bildirilib ki, Konqresin əsasnaməsinin 68-ci maddəsinə uyğun olaraq, qətnamə təsdiq olunmaq üçün Baş Assambleyada müzakirəyə çıxarılacaq.

Lopez Obradorun Peru ilə bağlı son açıqlamalarının qəbuledilməz olduğunu vurğulayan konqresmen Patricia Chirinos, Meksikanın beynəlxalq hüququ pozduğunu bildirib. Chirinos Lopez Obradoru ölkənin daxili işlərinə qarışmaqda günahlandırıb və əlavə edib: “Meksika prezidentinin sözləri peruluları ələ salmaq və ölkəni parçalamaq üçündür”.

Mayın 15-də Milli Sarayda verdiyi açıqlamada Peru prezidenti Dina Boluarteni tənqid edən Lopez Obrador keçmiş prezident Pedro Kastilonun haqsız yerə həbs edildiyini və Boluartenin Kastilonun ofisini qəsb etdiyini bildirib.

7 dekabr 2022-ci ildə Perunun keçmiş prezidenti Kastillonun Konqres tərəfindən devrilməsindən sonra Meksika-Peru diplomatik münasibətlərində gərginlik artmaqdadır. Meksika Konqresin Kastillonu qeyri-qanuni və qeyri-demokratik şəkildə istefaya göndərdiyini əsas gətirərək hazırkı Peru hökumətini legitim kimi tanımır.

Kastillo Peru Konqresi tərəfindən vəzifəsindən uzaqlaşdırıldıqdan sonra, xüsusilə Kolumbiya, Meksika və Honduras Perunun hazırkı rəhbərliyini sərt sözlərlə tənqid edib. Peru daxili işlərinə qarışdığını iddia edərək yanvarın 26-da Hondurasdakı səfirini, fevralın 24-də Meksikadakı səfirini, martın 30-da Kolumbiyadakı səfirini qeyri-müəyyən müddətə geri çağırıb.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=110453