Məzmuna keç
  • Brent neft91.82 $▲0.43%
  • WTI neft86.22 $▲0.64%
  • Avropa qazı (TTF)84.95 €▲3.18%
  • Təbii qaz (ABŞ)3.264 $▲1.59%
  • Qızıl4 029 $▼2.34%
  • Gümüş51.19 $▼3.86%
  • Pambıq78.28 ¢▼0.61%
  • Buğda593.00 ¢▲0.72%
  • Bitcoin73 137 $▼2.82%
  • Ethereum2 027 $▼4.96%
  • S&P 5007 484▼0.86%
6°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Dünya

Latviya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü oldu – İlk dəfə

image-7376157f-6c5e-3aa1-966a-0e6845dcbea7_850
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

BMT Baş Assambleyası Konqo Demokratik Respublikası, Liberiya, Bəhreyn, Kolumbiya və Latviyanı 2026-2027-ci illər üçün Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri seçib.

Busaat.az Report.az-a istinadən xəbər verir ki, bu ölkələr 2025-ci il dekabrın 31-də səlahiyyət müddəti bitəcək Əlcəzair, Qayana, Koreya Respublikası, Syerra Leone və Sloveniyanı əvəz edəcək.

Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri gizli səsvermə yolu ilə seçilir. Qələbə qazanmaq üçün BMT Baş Assambleyası nümayəndələrinin azı üçdə ikisinin səsini qazanmaq lazımdır.

Qeyd edək ki, Latviya əvvəllər heç vaxt BMT Təhlükəsizlik Şurasında olmayıb. Kolumbiya 7 dəfə, Konqo Demokratik Respublikası 2 dəfə, Bəhreyn və Liberiya hərəyə 1 dəfə BMT strukturunun qeyri-daimi üzvü seçilib.

Təhlükəsizlik Şurası 5-i (Rusiya, Böyük Britaniya, ABŞ, Fransa, Çin) daimi olmaqla 15 üzvdən ibarətdir. Qalanları hər il beş ölkədən ibarət qruplar şəklində seçilir. 2025-2026-cı illər üzrə Yunanıstan, Danimarka, Pakistan, Panama və Somali qeyri-daimi üzv olaraq qalacaq.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=166563