Latviyada həqiqi hərbi xidmət bərpa edildi

image-rusyaya-komsu-letonyada-zorunlu-askerlik-karari-a4471ba4backend

Latviyada həqiqi hərbi xidmətin bərpa olunduğu açıqlanıb. İlkin olaraq iyul ayında könüllülərin cəlb edilməsi planlaşdırıldığı halda, 2024-cü ilin yanvar ayından etibarən ölkədəki 18-24 yaş arası bütün kişilərin hərbi xidmətə çağırılacağı bildirilib.

Busaat.az xəbər  verir ki, Latviya parlamenti həqiqi hərbi xidmətə çağırışla bağlı Dövlət Müdafiə Xidmətinin (VAD) yaradılması haqqında qanun qəbul edib.

Sözügedən qanuna əsasən, ölkədə 18-24 yaş arasında olan bütün kişilər Latviya ordusunda və ya Milli Qvardiya kimi oxşar birləşmələrdə xidmət etməli olacaqlar. Beləcə, 2007-ci ildə parlamentdə 68 deputatın “hə” səsi ilə qəbul edilən qanunla ləğv edilən həqiqi hərbi xidmət geri qayıdıb.

Dövlət Müdafiə Xidmətinin qanununa əsasən, vətəndaşlar Litva Silahlı Qüvvələrində 1 ay məzuniyyətdə olmaq şərti ilə 1 il müddətinə, arzu edənlər isə Milli Qvardiyanın tərkibində 5 il müddətinə müqavilə ilə xidmət edə biləcəklər.  Silah götürmək istəməyənlər sözügedən qanun çərçivəsində Daxili İşlər Nazirliyi və Səhiyyə Nazirliyi kimi mülki nazirliklərdə alternativ dövlət xidmətləri göstərə biləcəklər.

Keçən ilin sentyabrında Latviyanın o vaxtkı müdafiə naziri Artis Pabriks demişdi ki, onlar həqiqi hərbi xidməti geri qaytaracaqlar və Latviya cəmiyyətinin hər hansı böhrana, o cümlədən müharibəyə hazır olması lazımdır. Təxminən 2 milyon əhalisi olan Latviyanın qonşuları Rusiya ilə 282 kilometr, Belarusla isə 167 kilometr sərhədi var.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki