
Lavrov Azərbaycana səfərə gələcək
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana iki günlük səfərə gələcək.
Busaat.az xəbər verir ki, Lavrovun Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşü gözlənilir.
Lavrov görüşlər zamanı ikitərəfli məsələlərin bütün kompleksini, cari regional və beynəlxalq problemləri müzakirə edəcək.
Bundan başqa Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının icrasında irəliləyişlərə xüsusi diqqət yetiriləcək.
Busaat.az























