Lavrov Belarus Xarici İşlər Nazirliyinə gəlib

image-lavrov2backend

Rusiya xarici işlər naziri Sergey Lavrov Belarusun Xarici İşlər Nazirliyinə gəlib və onu bu ölkənin xarici işlər naziri Sergey Aleynik qarşılayıb.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı Belarus XİN yayıb.

“Sergey Lavrov Belarus Respublikasının Xarici İşlər Nazirliyinə gəlib və orada onu xarici işlər naziri Sergey Aleynik qarşılayıb” – deyə, nazirlikdən bildirilib.

Bu, Vladimir Makeinin ölümündən sonra dekabrın 13-də Belarus Xarici İşlər Nazirliyinin rəhbəri təyin edilən Aleyniklə Lavrov arasında ilk görüşdür. Dekabrın 14-də Lavrov və Aleynik arasında ilk telefon danışığı olub.

Qeyd edək ki, bu gün Rusiya prezidenti Vladimir Putin Minskə bir günlük işgüzar səfər edəcək və burada belaruslu həmkarı Aleksandr Lukaşenko ilə danışıqlar aparacaq.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90