
Lavrov istefa edir? – Kremldən CAVAB
Rusiya xarici işlər nazirinin dəyişdirilməsi ilə bağlı yayılan məlumatlar şayiədir və onlara inanmaq lazım deyil.
Busaat.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Bundan əvvəl bəzi Telegram kanalları Sergey Lavrovun istefa verə biləcəyi halda Rusiya xarici işlər naziri postuna mümkün namizədlərlə bağlı müzakirələrə başlanıldığını iddia edib. Namizədlər arasında Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin, Leonid Slutski, Liberal Demokrat Partiyasının lideri Mixail Qaluzin, xarici işlər nazirinin müavini və prezidentin mətbuat katibi Dmitri Peskov kimi şəxslərin də adı hallanıb.
Busaat.az























