Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft92.88 $▲1.24%
  • WTI neft85.57 $▲0.66%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.191 $▲3.37%
  • Qızıl3 857 $▼0.52%
  • Gümüş47.44 $▼0.11%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda610.25 ¢▲1.79%
  • Bitcoin64 334 $▼0.74%
  • Ethereum1 808 $▼0.60%
  • S&P 5007 341▼1.07%
11°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Dünya

Lavrov “KTMT barıtı quru saxlamalıdır” dedi – Hansı ölkəyə girəcəklərinə eyham vurdu?

image-lavrov-2
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

KTMT “barıtı quru saxlamalıdır”, çünki Qazaxıstan hadisələrinin bu bloka daxil olan və olmayan başqa ölkələrdə də təkrarlanması mümkündür.

Bu bəyanatla Rusiyanın xarici işlər naziri Sergey Lavrov keçirdiyi mətbuat konfransında Qazaxıstan hadisələrinin başqa ölkələrdə təkrarlanması imkanlarını şərh edərkən deyib.

“Qazaxıstan prezidenti kollektiv təhlükəsizlik haqda Müqaviləyə tam uyğun olaraq öz müttəfiqlərinə müraciət etdi. O nümayiş etdirdi ki, son illər KTMT-nin sülhməramlı potensialının yaradılmasına dair səylər olduqca və olduqca effektli olub. Və bu potensial olduqca və olduqca lazımlıdır”,-Lavrov deyib.

Rusiya xarici işlər naziri “sülh istəyirsənsə müharibəyə hazır ol” deyimini xatırladıb, əlavə edib ki, xoşbəxtlikdən Qazaxıstanda iş müharibəyə qədər gedib çıxmadı. “Lakin sülhməramlı qüvvələrin potensialı öz fəaliyyət qabiliyyətini sübuta yetirdi”,-o bildirib.

Lavrovun fikrincə, Qərbdə KTMT qüvvələrinin hansı sürətlə Qazaxıstanın köməyinə çatdığını görəndə “heyrətdən sifətlər əyildi” və hamı bunu layiqincə qiymətləndirdi. “Mən buna şübhə etmirəm”,-Rusiya xarici işlər naziri əlavə edib. Lavrovun sözlərinə görə, Rusiya hər şeyi edir ki, hadisələrin o cümlədən KTMT çərçivəsində Qazaxıstandakı kimi inkişafının qarşısını alsın.

“Amma birdən nəsə olsa KTMT hazır olmalıdır, çünki Mərkəzi Asoya və digər ölkələrdə situasiyanı xaricdən qarışdırmaq səyləri yetərincədir. Onlar ABŞ-ın Əfqanıstanı indiki durumda buraxıb qaçmasından sonra daha da inadkar olublar”,-Lavrov əlavə edib.

virtualaz.org

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=68495