
Lavrov Minskdə KTMT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.
Busaat.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Məlumata görə, görüş iştirakçıları KTMT çərçivəsində çoxtərəfli əməkdaşlığı qiymətləndirəcək və gələcək qarşılıqlı fəaliyyət perspektivləri barədə fikir mübadiləsi aparacaqlar. Onlar həmçinin hazırkı beynəlxalq regional vəziyyəti və onun təşkilata üzv dövlətlərin təhlükəsizliyinə təsirini, eləcə də KTMT-nin xarici əlaqələrini gücləndirmək üçün gələcək addımları müzakirə edəcəklər.
İclasda bir sıra birgə sənədlərin təsdiqlənməsi gözlənilir.
Qeyd edək ki. KTMT Ermənistan, Belarus (2023-cü ildə təşkilata sədrlik edir), Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanı birləşdirir.
Busaat.az























