
Lavrov Mirzoyanla İrəvan-Bakı münasibətlərinin normallaşdırılmasını müzakirə edib
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması yönündə səylərin artırılması məsələsini müzakirə ediblər.
Busaat.az bu barədə Ermənistan mediasına istinadən xəbər verir.
Müzakirələr zamanı Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il tarixli sazişlərinə uyğun olaraq münasibətlərin normallaşmasının bütün istiqamətlərdə zəruriliyi qeyd edilib.
Bundan əlavə, nazirlər ikitərəfli gündəliyin aktual məsələlərini də müzakirə edib.
Busaat.az























