
Lavrov Sudana işgüzar səfər edib
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Sudana işgüzar səfərə gəlib.
Busaat.az bu barədə TASS-a istinadən xəbər verir.
Lavrov sudanlı həmkarı Əli Əl-Sadiq Əli, Sudanın Suveren Şurasının sədr müavini Məhəmməd Həmdan Daqalo və Suveren Şuranın rəhbəri Abdel Fəttah əl-Burhan ilə görüşlər keçirəcək.
Rusiya XİN-in məlumatına görə, tərəflər Rusiya-Sudan hərtərəfli əməkdaşlığının əsas aspektlərini və mövcud beynəlxalq regional problemləri müzakirə edərək Yaxın Şərq və Afrikadakı böhran vəziyyətlərinin siyasi və diplomatik həllinin zəruriliyinə diqqət yetirəcəklər. Həmçinin iyulda Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək ikinci Rusiya-Afrika sammitinin hazırlıqları ilə bağlı müzakirələr aparılacaq.
Busaat.az























