“Le Monde”: “Dağlıq Qarabağın Qüdsü” Azərbaycan Ordusunun nəzarətinə keçdi

“Le Monde”: “Dağlıq Qarabağın Qüdsü” Azərbaycan Ordusunun nəzarətinə keçdibackend

Dağlıq Qarabağ münaqişəsində ciddi dönüş varmı?

Azərbaycan Prezidenti İlham Əliyev bazar günü (8 noyabr) Dağlıq Qarabağın ikinci şəhəri – Şuşanın ələ keçirildiyini elan etdi. O, “8 noyabrın Şuşaya “qayıtdığımız” gün olaraq “Azərbaycan xalqının tarixinə düşəcəyini” bildirdi”. “ Azərbaycan Dağlıq Qarabağın ikinci şəhəri olan Şuşaya geri döndüyünü elan etdi. Şuşa həm əsas hədəfdir, həm də Bakının başlatdığı hücumun uğur açarıdır. Strateji divarlı bir şəhər, beynəlxalq birlik tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınan, ancaq erməni separatçı qüvvələri tərəfindən idarə olunan və əsasən ermənilərin yaşadığı bir anklavın “paytaxtı” olan Stepanakertdən 10 km məsafədədir. “Dağlıq Qarabağın Qüdsü” ləqəbi ilə hər iki tərəf üçün də simvolik məna daşıyır.

“Şuşada döyüşlər davam edir, gözləyin və ordumuza inanın”, – deyə Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Arçun Ovannisyan Azərbaycan Prezidentinin açıqlamasından qısa müddət sonra Twitter-də paylaşım etdi. Ermənistan hökuməti də öz növbəsində şəhərin ələ keçirilməsinin “Azərbaycan üçün xəyal” olduğunu iddia edərək, “Şuşaya [nəzarət etmək] üçün şiddətli və qətiyyətli döyüşlərin davam etdiyini” bildirib. “Ciddi itkilər olmasına baxmayaraq, möhkəmləndirilmiş şəhər düşmənin hücumlarına tab gətirdi” –deyir.

Ancaq Azərbaycanın paytaxtı Bakıda bir çox sakin şəhərin alınmasını qeyd etmək üçün küçələrə axışıb. Azərbaycanın bəyanatını birinci olaraq Bakını dəstəkləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşıladı. “Şuşanın azad edilməsi həm də digər işğal olunmuş ərazilərin azad edilməsinə yaxın olduğuna işarədir”- deyən Ərdoğan televiziya müraciətində “Azərbaycanın sevinci bizim sevincimizdir” –söyləyib.

1991-1994-cü illərdə əraziyə nəzarət uğrunda müharibədən bəri görünməmiş dərəcədə gərgin olan döyüşlər, 27 sentyabrda  yenidən başladı. Bu döyüşlər ən azı 1200 insanın ölümünə səbəb oldu. Azərbaycan qoşunları artıq bölgənin cənubundakı ərazilərin əhəmiyyətli bir hissəsini geri alıb.

Şənbə günü, Emmanuel Macron və Vladimir Putin arasında telefon danışığı zamanı Yeliseyə görə “danışıqlara real əsaslarla qayıtmaq üçün” Dağlıq Qarabağda döyüş əməliyyatlarına son qoymağın zəruriliyini “israr etdilər. Fransa üçün əsas məqsədin “bu ərazidə erməni əhalisinin qorunub saxlanmasını təmin etmək və mülki əhalinin əzablarına son qoymaq” olduğu bildirildi.

Sentyabr ayının sonundan bəri Rusiya, Fransa və ABŞ-ın himayəsi altında bağlanan humanitar atəşkəsə dair üç cəhd boşa getdi. “Rusiyanı da İrəvanla kollektiv təhlükəsizlik müqaviləsi  bağlayır. Lakin bunun Dağlıq Qarabağa aid olmadığı üçün Rusiya birbaşa müdaxilə imkanına malik deyil”-deyə telefon söhbətində vurğulanıb.

Fransa Xarici İşlər Nazirliyi ayrıca bir press-relizdə “Şuşa şəhəri istiqamətində davam edən hərbi hücumdan çox ciddi narahatlığını” dilə gətirib. Mətndə deyilir: “Şəhər mərkəzlərinin bombalanmasının davam etməsi mülki itki təhlükəsi səbəbindən qəbuledilməzdir”. “Tərəflərin ATƏT-in Minsk Qrupunun (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) həmsədrləri qarşısında bir neçə dəfə və yenidən 31 oktyabrda Cenevrədə aldığı humanitar atəşkəs öhdəliklərinə dərhal qayıtmasını gözləyirik. “

Bu həftə Birləşmiş Millətlər Təşkilatında (BMT) mülki insanlara “seçilmədən” hücumlar və  erməni hərbi əsirlərin “edam”edilməsi  videoları ilə bağlı məsələ qaldırılıb.

“Le Monde” qəzeti. 8 noyabr 2020.

Tərcümə etdi: Surxay Atakişiyev,

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90