Lempard: “Çelsi”nin üzləşdiyi çətinliklər məni təəccübləndirmədi”

image-frenk-lempardbackend

“Çelsi”nin sabiq baş məşqçisi və futbolçu Frenk Lempard London klubunun hazırkı durumu ilə bağlı fikirlərini bölüşüb.

Busaat.az xəbər verir ki, bu barədə Goal.com məlumat yayıb.

“Mən onların bəzi çətinliklərinə təəccüblənmirəm, çünki keçən mövsümün sonunda özüm bunları yaşamışam. Mən elə bir kluba gəldim ki, səkkiz ay ərzində “Çelsi”dən gözləmədiyiniz nəticələr göstərildi və buna baxmayaraq, klubda mənim fikrimcə, çox güclü menecerlər – Tomas Tuçel və Qraham Potter var idi.

Əgər “Çelsi”də qalib gəlmirsənsə, bu, əsəbiliyi artırır. Bir çox oyunçu klubdakı vaxtlarının bitdiyini və ya yaxınlaşdığını hiss edirdi, bəlkə də “Çelsi”nin onları satacağını anladılar. Bu hisslə yaşadım.

Düşünürəm ki, rəhbərlik təsir göstərmək istəyir, ona görə də Maurisio Poçettino kimi peşəkar məşqçini gətirdilər. Artıq böyük dəyişikliklər olub, amma futbolda sehrli çubuq yoxdur və Premyer Liqa ən amansız çempionatdır. Mən xal baxımından daha çox şey gözləyirdim, amma bunun ani transformasiya olacağını heç vaxt düşünməmişdim”, – deyə Lamperd bildirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki