Poçettino Mudrikin “Çelsi”dəki ilk qolundan danışdı

image-maurisio-pocettinobackend

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino ukraynalı hücumçu Mixail Mudrikin İngiltərə çempionatının 7-ci turunda “Fulhem”lə matçda (2:0) vurduğu ilk qoldan danışıb.

Busaat.az xəbər verir ki, bu barədə “Çelsi”nin rəsmi saytı məlumat yayıb.

“Mən çox şadam, çünki azarkeşlər kimi oyunçulara da bu qələbə lazım idi. Artıq bir həftədən az müddətdə iki qələbəmiz var. Bizə daha bir təmiz qolla bərabər, qələbə də dadmaq lazım idi.

Mudrikin “Çelsi” üçün ilk qol vurduğu üçün çox şadam. Başa düşməliyik ki, gənc futbolçulara vaxt lazımdır. Söhbət uyğunlaşmadan gedir. Mudrik bura gələndə böyük dəyişikliklər baş verdi və komandaya qeyri-sabit mühitdə qərarlaşmaq asan deyil.

Səbirli olmaq, bu gənc istedadlı oyunçulara güvənmək və özünə inam yaratmaq vaxtıdır. Addım-addım çox işdir. Bəzən insanların səbri çatmır. Qalib gəlmədiyimiz zaman belə, sakit idik, pozitiv qaldıq və inandıq”, – deyə Poçettino bildirib.

Xatırladaq ki, Mudrik 2023-cü ilin yanvarında “Çelsi”yə keçmişdi. Onun klubla müqaviləsi 2031-ci ilə qədərdir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki