
Levon Ter-Petrosyan və Qaro Palyan görüşdü
Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan və Türkiyənin erməni əsilli deputatı Qaro Palyan Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması perspektivlərini müzakirə ediblər.
Busaat.az xəbər verir ki, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan şənbə günü Türkiyə parlamentinin erməni əsilli deputatı Qaro Paylanı qəbul edib.
“İki saatdan çox davam edən görüşdə Ermənistan-Türkiyə münasibətlərinin nizamlanma perspektivləri müzakirə olunub. Görüşdə birinci prezidentin baş müşaviri Jirayr Liparytyan da iştirak edib” – deyə, qeyd edilib.
Busaat.az























