“Qalatasaray”ın futbolçusu Taylan Antalyalının LGBTI-yə dəstək məqsədi ilə geyindiyi köynək (“Powered by pride”) müzakirələrə səbəb olub.
Busaat.az xəbər verir ki, futbolçu sosial mediada sərt tənqid olunub. Bəzi futbol şərhçiləri Taylanın milli komandadan kənarlaşdırılmasını tələb edib.
Şərhçi Emre Bol: “Mən olsam, Taylanı milli komandaya qəbul etmərəm. Hər kəs yaşadığı ölkənin əxlaqına sayğı duymalıdı. Getsin o köynəyi Ərzurumda geyinsin, görüm necə geyinir”.
Şərhçi Turqay Demir: “Taylan Antalyalı bir daha milli formanı geyinə bilməz. Bu mənim fikrimdi. Bunu tələb etmək mənim haqqımdı. Bunun təriflənəcək, dəstəklənəcək bir tərəfi yoxdu”.
Şərhçilərin bu fikirlərinə GS TV-nin aparıcısı Serbay Şenkal cavab verib: “Bir “Qalatasaray”lı olaraq Taylanla qürur duyuram. Bir neçə “əxlaq nəzarətçisi”, əxlaqsız tərəfindən tənqid olunur. Ekranlardan bunu edənlərin məqsədi bəllidi. Cəmiyyəti qarışdırmaq, faşistlik və irqçilik etmək istəyirlər. Bunlar insanlıq cinayəti işləyir. Bunlar ədalət qarşısında cavab verməli, cəmiyyətdən uzaqlaşdırılmalıdı. İsalah evlərinə göndərmək lazımdı. Normal, sivil cəmiyyətlərdə belə olur”.
“Qalatasaray”ın İdarə Heyətinin sözçüsü Remzi Sanver isə Taylanla bağlı rəsmi açıqlama verərək dəstəkləyib: “Son iki gündə gündəmə çox talehsiz, üzücü və anlamsız bir mövzu atılıb. Talehsiz, üzücü və anlamsız olaydı, amm bizim üçün çox önəmli bir proses idi. “Qalatasaray” dəyərlərini Türkiyədə bir aydınlanma ənənəsi olan litseydən alır. Bu dəyərlər arasında kimsənin ayrı-seçkiliyə məruz qalması yoxdu. Ayrı-seçkiliyə məruz qalan insanların yanında olmaq var.
Taylan Antalyalının yanındayıq, istəsə hüquqi dəstək də verərik. “Qalatasaray” İdman Klubunun İdarə Heyəti olaraq bu olayda tərəddüdsüz olaraq Taylanın yanında olduğumuzu bəyan edirik. Sevgili Taylan qardaşım, sənin “Qalatasaray”lı olmağınla qürur duyuruq. Səni sevgi ilə salamlayırıq”.
“Qalatasaray”ın rəsmi səhifəsi də Antalyalıya dəstək verib. Futbolçunun fotosunu paylaşan səhifə “Günaydın Böyük Qalatasaray Ailəsi” mesajını paylaşıb.
fanat.az