“Lider TV” rəhbərinin xanımının köpək salonunda ölüm hadisəsi – VİDEO

“Lider TV” rəhbərinin xanımının köpək salonunda ölüm hadisəsi – VİDEObackend

Bir neçə gün öncə “Doggie Countre by Nelya” adlı it mərkəzində xoşagəlməz hadisə baş verib.ə

Busaat.az xəbər verir ki, Aydan adlı xanımın iddiasına görə, “Gucci” ləqəbli itini sözügedən mərkəzdə öldürüblər.

Belə ki, o itini xüsusi baxım üçün həmin mərkəzə aparıb. Salonun işçiləri Aydan xanıma deyiblər ki, 2 saat sonra onunla əlaqə saxlayacaqlar və xanım gəlib itini apara bilər. Ancaq aradan 2 saatdan çox vaxt keçsə də, salondan Aydan xanıma zəng edən olmayıb. Xanım “Doggie Countre by Nelya” mərkəzinə gələndə isə itinin öldüyünü görüb.

Daha sonra videolara baxan zaman məlum olub ki, itin səhhətində problem yaranıb və işçilər iti 40 dəqiqə soyuq suda saxlayıblar. Baytar belə çağırmayıblar. Nəticədə sahibəsi gələnə kimi it ölüb.

İtin sahibəsi Aydan xanım sosial şəbəkədə açdığı canlı yayımda bildirib ki, məsələni belə qoymayacaq, məhkəməyə müraciət edəcək.

Hadisə ilə bağlı mərkəzin sahibəsi Nailə Əliyeva bildirib ki, əgər sübut olunsa ki, itin ölümü bizlə əlaqədardı, onda biz sizə təzə it alıb verəcəyik. İtin sahibi isə cavab olaraq, “təzə iti alıb soxun dalınıza” cavabını verib.

Aydan xanım eyni zamanda bildirib ki, məsələ bağlı polisə müraciət etdiyim də, Polis mənə dedi ki, siz çox şikayət etsəniz, sizin haqqınızda “xuliqanlıq” maddəsi ilə ölçü götürüləcək.

Qeyd edək ki, N.Əliyeva “Lider” TV-nin rəhbəri Ədalət Vəliyevin həyat yoldaşıdır.

Videoları təqdim edirik:

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90