Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 760 $▲1.01%
  • Ethereum1 807 $▲2.16%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Litva Vaqneri terror təşkilatı kimi tanıyacaq

image-64104eabbead164104eabbead2167879031564104eabbeacd64104eabbeacf
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Litva Parlamenti Ukraynada fəaliyyət göstərən Rusiyanın Vaqner şirkətini terror təşkilatı kimi tanıyan qətnamə qəbul etdiyini açıqlayıb.

Busaat.az xəbər verir ki, qərarda Vaqnerin təcavüzkar (Rusiya) ilə birlikdə hərbi əməliyyatlarda fəal iştirak etdiyi, Ukraynada “terrorçuluğa bərabər” sayıla biləcək hərəkətlər etdiyini iddia edilib.

Qətnamədə Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan iş adamı Yevgeni Priqojin tərəfindən təsis edilən və Avropa İttifaqının sanksiyalar siyahısına daxil edilmiş Vaqner özəl hərbi şirkəti üçün “Rusiyanın kölgə güc aləti” ifadəsi istifadə edilib.

Bundan əlavə, qərarda terror təşkilatı olaraq tanınan qrupun Mərkəzi Afrika Respublikası, Sudan və Mali kimi ölkələrdə də fəaliyyət göstərdiyi və ABŞ Maliyyə Nazirliyi tərəfindən “transmilli cinayət təşkilatı” kimi müəyyən edildiyi bildirilib.

Digər ölkələr də Vaqneri “terror təşkilatı” kimi tanımağa çağırılıb.

Vaqnerin təsisçisi Priqojin qərara cavab olaraq Telegram-da paylaşım edib: “Litva mikrodövlətdir və Litva parlamentarilərinin fikirləri hətta qonşu ölkələrin – Latviya və Estoniya sakinlərinə çətin ki, təsir edə bilər”.

Priqojin onu da əlavə edib ki, qərarın qəbulu Vaqnerin işinə heç bir şəkildə təsir etməyəcək.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=103956