
Liviyanın xarici işlər naziri 13 illik fasilədən sonra İrana səfər edib
Liviyanın xarici işlər naziri Nəclə Mankuş 13 illik fasilədən sonra İrana səfər edib.
Busaat.az xəbər verir ki, o, iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.
Məlumata görə, Mənkuş İranın xarici işlər nazirinin dəvəti ilə Tehrana gəlib.
Fars agentliyinin bildirir ki, son illərdə Liviyada baş verən daxili hadisələrə görə İranın Tripolidə daimi səfiri yox idi, İranın bu ölkədəki səfirinin vəzifələrini Tunisdəki səfir icra edirdi. Bununla belə, bir neçə ay əvvəl İran Liviyadakı səfirliyini yenidən açmaq niyyətində olduğunu açıqlayıb və bu münasibətlə Tripoliyə diplomatik nümayəndə heyəti göndərilib.
Busaat.az























