
Londonda avtomobil məktəb binasına çırpılıb - 7 uşaq yaralanıb
Londonun cənub-qərbində, Uimbldon bölgəsində avtomobil məktəb binasına çırpılıb.
Busaat.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.
Hadisə nəticəsində yeddisi uşaq olmaqla 9 nəfər yaralanıb.
İlkin məlumata görə, hadisəyə səbəb “Land Rover” markalı avtomobili qadın sürücüsünün halının pisləşməsi olub. Zərərçəkənlərin vəziyyəti barədə açıqlama verilməyib.
London polis terror versiyasının nəzərdən keçirilmədiyini açıqlayıb
Busaat.az























