Londonda qvardiyaçı azyaşlını tapdalayıb yoluna davam etdi – Video

image-londonbackend

İngiltərənin paytaxtı Londonda azyaşlı uşaq növbətçi qvardiyaçılardan birinin ayaqları altında qalıb.

Busaat.az  xarici mediaya istinadən xəbər verir ki, insident London qalasının yaxınlığında baş verib.

Hadisə yerindən yayılan videodan görmək mümkündür ki, əsgər uşağın kənara çəkilməsi üçün xəbərdarlıq edir. Lakin o, kənara çəkilməyi çatdırmır və nəticədə qvardiyaçı uşağı tapdalayaraq keçir. Əsgər insidentin ardınca dayanmayaraq yoluna davam edir.

Ölkənin Müdafiə Nazirliyinin nümayəndəsi mediaya açıqlamasında insidentdən xəbərdar olduqlarını qeyd edib. Bildirilib ki, əsgər uşağı tapdalamamaq üçün üzərindən keçməyə cəhd edib.

Uşağın vəziyyətinin yaxşı olduğu deyilir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90