Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 179 $▼1.53%
  • Ethereum1 907 $▼1.04%
  • S&P 5007 562▼0.40%
18°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Luis Arce: "Boliviya BRİKS ölkələrinə litium və qida təklif etməyə hazırdır"

image-boliviyanin-prezidenti
Luis Arce
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Boliviya BRİKS-ə dəvət olunarsa, digər üzv ölkələrə kənd təsərrüfatı məhsullarını, həmçinin litium və digər mineral ehtiyatlarını təklif etməyə hazırdır.

Busaat.az xəbər verir ki, bu barədə Boliviya prezidenti Luis Arce Boliviya TV-nin canlı yayımladığı mətbuat konfransında bildirib.

“BRİKS-ə təklif edəcəyimiz çox şey var. Hazırda BRİKS-in texnoloji müəssisələri üçün lityuma, həmçinin qida və digər təbii ehtiyatlara ehtiyacı var. Bizdə onlara lazım olan hər şey var: mineral ehtiyatlarımız, karbohidrogenlərimiz, litiumumuz və qidamız var”, – o, deyib.

Onun sözlərinə görə, BRİKS hazırda iqtisadi baxımdan G7-dən daha böyük təsirə malikdir və buna görə də onun ölkəsi üzv olmaq üçün müraciət edib.

“Biz də BRİKS bankının üzvü olmaq istəyirik”, – o vurğulayıb.

Arce bildirib ki, o, artıq bu məsələni BRİKS Yeni İnkişaf Bankının rəhbəri Dilma Russefflə müzakirə edib.

Xatırladaq ki, BRİKS ilkin olaraq Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanı birləşdirən qeyri-rəsmi beynəlxalq təşkilatdır. BRİKS qısaltması ölkələrin adlarının ilk hərflərindən götürülüb. Üzv ölkələr avqustun 24-də keçirilən sammitdə qərara gəliblər ki, Argentina, Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri 2024-cü il yanvarın 1-də qrupa qoşulsun.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=120076